XİN: Ermənistanın qarayaxma kampaniyası müharibə cinayətlərinə dəstəkdən başqa bir şey deyil

XARİCİ SİYASƏT 30 iyl 2023, 15:07
Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil.

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter hesabında yazıb.

“Azərbaycanın müharibə cinayətkarına qarşı atdığı addımlar beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanır.

Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.

Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil”, - Ayxan Hacızadə qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top