Gömrük sistemində aparılan təkmillləşdirmələr, tətbiq edilən yeniliklər, eləcə də vətəndaşları maraqlandıran mövzularla bağlı Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdəki rəsmi səhifələri (feysbuk, instaqram) üzərindən əvvəlcədən müəyyən edilmiş qrafik əsasında canlı yayımlar təşkil olunacaq.
DGK-nın aparıcı mütəxəssislərinin təqdimatlarla çıxış edəcəyi canlı yayımların müddəti 5-15 dəqiqə intervalında olacaq.
Onlayn təqdimat zamanı verilən yazılı suallar daha sonra sahəvi məsələlər üzrə qruplaşdırılaraq müvafiq qaydada cavablandırılacaq.

Gömrük mövzuları üzrə onlayn təqdimatların qrafiki |
||||
Təqdimatın mövzusu |
Tarix |
Keçirilmə vaxtı (saat) |
Mütəxəssis |
Link |
"Elektron Hesab Səhifəsi"nin istifadəsinə dair izahlı təqdimat | 01.08.2023 | 10:00 | Alverdiyev Tariyel | |
Ölkə sərhədindən keçirilən mobil telefonların gömrük rəsmiləşdirilməsinə dair izahlı təqdimat | 15.08.2023 | 10:00 | Qurbanov Vasif | |
Konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatının və mənşə ölkəsinin əvvəlcədən müəyyən edilməsi ilə bağlı məcburi qərarların istifadəsinə dair izahlı təqdimat | 01.09.2023 | 10:00 | Namazov Rövşən | |
Minik avtomobillərinə AVRO-4 sertifikatının elektron formada verilməsinə dair izahlı təqdimat | 10:00 | |||
Gömrük təmsilçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair izahlı təqdimat | 10:00 |