“Müharibə veteranlarının təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi təqdirəlayiqdir”

SOSİAL 28 iyl 2023, 13:19
“Müharibə veteranlarının təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi təqdirəlayiqdir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bununla bağlı müvafiq sərəncamı dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin göstəricisidir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış və ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqqı

2023-2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu, ölkəmizdə veteranlara, onların təhsilinə, elmi inkişafına yönələn çox mühüm bir addımdır. Bu sərəncam veteranlarımıza imkan verəcək ki, onlar sosia vəziyyətlərindən asılı olmayaraq, ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin bu sərəncamı dövlətimizin həm veteranlara, həm də təhsilə verdiyi önəmi əks etdirir.

Məlum sərəncamın bütün cəmiyyət tərəfindən alqışlanması göstərir ki, bu sərəncam hər bir azərbaycanlının ürəyincədir və xalq dövlət başçısının bu sərəncamını alqışlayır.

Veteranlarımıza, vətənimizin müdafiəçilərinə yaratdığı bu imkana görə Prezidentimizə təşəkkür edir, tələbə adını qazanan hər bir veteranımıza uğurlar arzulayırıq”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top