Aylarla davam edən gərginlikdən sonra ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyə razılıq verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Məlumata əsasən, tərəflər arasında telefon danışığı baş tutub və Bayden üzbəüz görüşmək qərarına gəldiyini bildirib.
Baş nazir dəvəti qəbul edib. Eyni zamanda detalları müəyyən etmək üçün İsrail və ABŞ nümayəndə heyətləri birgə işləməyə razılaşıb.
Qeyd edək ki, görüşün Ağ Evdə baş tutub-tutmayacağına dair dəqiq məlumat verilməyib.
Aysu
Demokrat.az