“Brüssel görüşünün keçirilməsi faydalı oldu. Çünki indiyə qədər yeganə nəticə də mayda keçirilən Brüssel görüşündə əldə olunub – istər Zəngəzur dəhlizinin açılması istiqamətində gedən danışıqlar, istərsə də delimitasiya – demarkasiya məsələləri olsun”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iyulun 15-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşün yekunlarını şərh edən politoloq Turab Rzayev bildirib.
O qeyd edib ki, Brüssel görüşləri Azərbaycançün önəmli nəticələrlə yadda qalıb:
“Daha əvvəlki Brüssel görüşündən sonra ölkəyə qayıdan Azərbaycan Prezidentinin sərəncamı ilə sərhədlər, su resursları, delimitasiya – demarkasiya məsələlərilə bağlı üç yeni komissiyasının yaradılmasına qərar verildi.
Daha sonra Avropa İttifaqı bildirdi ki, Azərbaycanla Ermənistan delimitasiya – demarkasiya ilə bağlı razılıq əldə edərsə, hər iki ölkəyə maliyyə yardımı ayıracaq. Brüssel görüşünün bizimçün müsbət tərəfi odur ki, artıq həm Aİ, həm rəsmi Brüssel, həm də Vaşinqton Qarabağ üzərində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. Hətta Paşinyan da bunu etiraf edir. Azərbaycan tərəfi istəyirdi ki, bu dəfəki Brüssel görüşündə Ermənistan rəhbərliyi bu etirafı artıq yazılı formada təsdiqləsin, rəsmi şəkildə Qarabağa ərazi iddiasında olmadığını bildirsin”.
Əsirlərin qaytarılması məsələsinə toxunan politoloqun sözlərinə görə, bununla bağlı Azərbaycan tərəfi kifayət qədər açıq davranır:
“Əsirlərin qarşılıqlı qaytarılmasına hazırıq. Azərbaycan Ermənistanın ikili oyun oynamasına isə razı deyil. Ermənistan istəyir ki, biz onların əsirlərini qaytaraq, onlarsa cinayətkar damğası ilə bizim vətəndaşları saxlasınlar. Təbii ki, buna razı olmayacayıq.
Mina xəritələrinin qaytarılması məsələsi isə fikrimcə artıq inandırıcı görünmür. Çoxu saxtadır, bəzilərisə ümumiyyətlə yoxdur. İtkin düşmüş şəxslərin taleyinə gəlincə isə, bunun üzərindən 30 ildən çox vaxt keçib. Onların xatirəsinə ən azından bir abidə ucaldılmalı, məzar yeri olmalıdır”.
Törə Zeynallı
Demokrat.az