200 illik tarixi olan məşhur logistika şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, Almaniyanın “DHL Global Forvarding” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “DHL Global Forvarding Azərbaycan” MMC (VÖEN - 1403459321 ) ləğv olunduğunu elan edib.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Mətbuat prospekti küçəsi, ev 35c ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “DHL Global Forvarding Azərbaycan” MMC 24.06.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 miyon 218 min 660 manat olan MMC-nin qanuni təmsiçisi Gürcüstan vətəndaşı olan Zurab Sapanadzedir.
Məlumat üçün bildirək ki, mərkəzi qərargahı hazırda Almaniyada – Bonn şəhərində yerləşən “DHL Global Forvarding” şirkəti 1815-ci ildə “Danzas” adı ilə Fransanın Saint-Luis şəhərində qurulub. “DHL Global Forvarding” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.