ABŞ-da naməlum şəxs insanlara atəş açıb, nəticədə 9 nəfər yaralanıb

DÜNYA 09 iyl 2023, 18:15
ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində naməlum şəxs insanlara atəş açıb, nəticədə 9 nəfər yaralanıb.

Bu barədə CNN polisə istinadən məlumat yayıb.

Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Onların sağlamlıq durumu qənaətbəxşdir.

İlkin məlumatlara görə, naməlum şəxs daha sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top