Ərdoğan Niderlandın Baş naziri ilə Quranın yandırılmasından DANIŞDI

DÜNYA 05 iyl 2023, 23:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Niderlandın Baş naziri Mark Rutte arasında telefon danışığı olub.

Demokrat.az
"Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Rabitə Rəyasət Heyəti bəyanat yayıb.

Bəyanata əsasən, danışıq zamanı ikitərəfli əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, Avropada Qurana qarşı təxribat xarakterli hərəkətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Gələn il Türkiyə-Niderland Dostluq Sazişinin 100-cü ildönümünün qeyd olunacağına diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə taclanacağına ümid etdiyini vurğulayıb.

Prezident Rutteyə İsveçdə müqəddəs kitab olan Qurana qarşı edilən hücumlara “fikir azadlığı” adı altında haqq qazandıra bilməyəcəyini və edilənlərin açıq şəkildə ifadə cinayəti olduğunu bildirib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top