İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib

REGİON 10 iyn 2023, 18:45
İranda son 4 gündə yağan leysan yağışları nəticəsində 17 əyalətdə sel və daşqın baş verib.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xilasetmə təşkilatının rəhbəri Babək Mahmudi bildirib.

Onun sözlərinə görə, 4 şəhər, 35 kənd və 2 köçəri bölgə təxirəsalınmaz yardım almaq üçün müraciət edib.

Babək Mahmudi qeyd edib ki, 72 nəfər yaralı vəziyyətdə evdən tapılıb, 31 nəfər təhlükəsizlik əraziyə köçürülüb: “Təbii fəlakət nəticəsində 7 nəfər ölüb. Onlardan biri dağdan aşıb, o biri ildırım vurması nəticəsində vəfat edib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top