Bakıda 14 yaşlı qız iki nəfər tərəfindən zorlandı

HADİSƏ 05 iyn 2023, 20:53
Bakıda 14 yaşlı qıza qarşı seksual zorakılıq edilib. 

Lent.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 

Polisə müraciət edən P.S (Qızın anasının adı şərti verilir) 14 yaşlı qızının iki nəfər tərəfindən seksual zorakılığa məruz qaldığını bildirib. 

İddiaya görə, bunu edənlərdən biri ailənin yaxın qohumudur. 

Daxil olan şikayət əsasında Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top