İranda məşhur futbolçu həbs olunub

İDMAN 05 iyn 2023, 00:26
İran təhlükəsizlik qüvvələri futbolçu Voria Qaffurini həbs edib.

Bu barədə “Iran International” məlumat yayıb.

Futbolçu Tehranın “Azadi” stadionunun qarşısında həbs edilərək Tehrandakı Evin həbsxanasına aparılıb.

Qeyd edək ki, futbolçu İran hakimiyyətini sərt tənqid etdiyi üçün təqiblərə məruz qalmışdı.

O ötən il İranda xalq etirazlarının yatırılmasında güc tətbiq edilməsini tənqid etdiyində görə “İstiqlal” klubundan qovulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top