Rusiyada kitabların qiyməti kəskin artıb

REGİON 04 iyn 2023, 10:45
Rusiyada son bir ildə kitablar 15-20 % bahalaşıb, bu ilin sonuna kimi qiymətlərin daha 15 % artacağı gözlənilir.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Kitab İttifaqı (RKİ) və nəşriyyatları məlumat yayıb.

Nəşr qeyd edib ki, qiymət artımı kitab çapı üçün lazım olan xaricdən gətirilən materialların bahalaşması, Avropadan gətirilən avadanlıq və ehtiyat hissələrinin bahalaşması, eləcə də yerli kağızın qiymətindəki artıımla bağlı olub.

“Amillərin birləşməsi - kağız qıtlığı, valyuta məzənnəsinin dəyişməsi - son bir ildə kitab istehsalının maya dəyərinin 30 % artmasına səbəb oldu. Bazar nümayəndələri pərakəndə qiymətləri saxlayıblar, lakin yenə də onların artımı təxminən 15-20 % təşkil edib”, - yerli nüfuzlu nəşriyyatın rəhbəri vurğulayıb.

Qəzet 2023-cü ildə kitab qiymətlərində də artım olacağını vurğulayır. RKİ bunun 10-15 % olacağını güman edir və ilk dörd ayda xərclər artıq 5 % artıb.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top