Post münaqişə dövrünün yeni reallıqları

QARABAĞ 03 iyn 2023, 17:57
Bu gün 03.06.2023-cü il tarixində bir qrup media nümayəndəsi və QHT-lərdən ibarət nümayəndələr Şuşa şəhərinə səfər edərək Şuşa həbsxanasının ərazisində tapılan yeni kütləvi məzarlıqla tanış oldular.

Ekspertiza və şahidlərin ilkin rəyinə görə kütləvi məzarlıq 1-ci Qarabağ müharibəsi dövrünə aiddir və erməni işğalçıları Azərbaycanlı əsir və girovlarla vəhşicəsinə raftar etmiş, onları dəhşətli işgəncələr verərək diri-diri torpağa basdırmışlar. Qazıntıların ilkin rəyinə görə ehtimal olunur ki, həbsxana ərazisində daha yeni meyid qalıqları aşkar oluna bilər. Hadisə yerindən şahidin sözlərinə görə Qarabağ işğal olunan zaman ermənilər Şuşa həbsxanasında onları əsir və girov saxlamış, onlarla qeyri-insani davranaraq dəhşətli işgəncələrə məruz qoymuşlar.

Basdırılan insan cəsədləri də sübut edir ki, onlar qeyri-insani davranış və işgəncələrə məruz qalıblar. Şübhəsiz ki, bütün bu hərəkətlər əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına ziddir və insanlıq əleyhinə törədilmiş dəhşətli erməni cinayətləridir. İrqinə və milli mənsubiyyətinə görə əzab verilən əsir və itkinlərlə bağlı Ermənistan tərəfi hələ də tam məlumat vermir. Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra üzə çıxan bu dəhşətli görüntülər Qarabağın yeni və acı reallıqları sayıla bilər.

Sözsüz ki, bu faktlar müntəzəm olaraq həm beynəlxalq ictimaiyyətə çatdırılmalı, həm də bu hərbi cinayətlərlə bağlı memorial komplekslərin Qarabag ərazisində tikilməsi vacibdir.






Vüqar Əhmədov 
QHT sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top