Ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib — FAKTİKİ HAVA

SOSİAL 02 iyn 2023, 23:16
Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan yağıntılar axşam saatlarından tədricən kəsilib.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda hava şəraiti sabit, əsasən yağmursuzdur.

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23-25, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 18-20 dərəcə isti olub. Bundan başqa çaylarda əsasən mühüm dəyişiklik qeydə alınmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top