UEFA Çempionlar Liqası kuboku yeni sahibini İstanbulda tapacaq

İDMAN 31 may 2023, 16:35
UEFA Çempionlar Liqası kuboku yeni sahibini İstanbulda tapacaq.

Böyük final öncəsi İstanbulu kəşf etməyə hazırsınızmı?

10 iyun 2023-cü il tarixində İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq dünyanın ən mühüm idman hadisələrindən biri olan UEFA Çempionlar Liqasının finalına sayılı günlər qalıb.

Cazibədar mədəni və sənət həyatı, ləzzətli dadları, tarixi məkanları, bənzərsiz şəhər memarlığı, canlı gecə həyatı və geniş alış-veriş imkanları ilə İstanbul futbolsevərlərə unudulmaz səyahət vəd edir. Final matçından əvvəl dünyanın ən füsunkar yerlərindən sayılan bu dinamik metropolda bir həftə vaxt keçirə və bütün təcrübələri ilə İstanbulu kəşf edə bilərsiniz.

Çempionlar Festivalı

UEFA Çempionlar Liqasının finalına həsr olunmuş Çempionlar Festivalı 8-11 iyun 2023-cü il tarixlərində İstanbul Yenikapı Festival Meydanında keçiriləcək. Türkiyənin rəsmi turizm tanıtım platforması GoTürkiye eyni gün Chris Luno B2B Ceaus, Guillaume de Kadebostany və Lost Frequencies-in yer aldığı 2 DJ setinə ev sahibliyi edəcək.

Keçmişin zəngin irsi olan tarixi binalar

İstanbul, çeşidli mədəniyyətini, bənzərsizliyini və zəngin tarixini əks etdirən tarixi abidələri və memarlığı ilə dünyanın hər yerindən minlərlə turisti özünə cəlb edir. Tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edən bu şəhərdə strateji mövqeyinə görə müxtəlif dövrlərin və mədəniyyətlərin izlərini daşıyan minlərlə tarixi bina var. Şəhərin bir çox məşhur binaları “Tarixi yarımada”da yerləşir.

İstanbulun qüllələri də cazibədar yerlər arasındadır. İstanbul siluetində məşhur bir tikili olan Galata Qülləsi, müşahidə terrasından şəhərin möhtəşəm panoramik mənzərəsini təqdim edir. Boğazın simvolu olan Qız Qalası isə ziyarətçilərə gözəl İstanbulu tamam başqa prizmadan görməyə imkan verir.

İncəsənət və mədəniyyətin unikal birləşməsi

Zəngin tarixi irsi ilə tanınan İstanbul, dövrün mədəni dinamikasını ənənələrlə birləşdirən muzeyləri, müasir incəsənət qalereyaları, mədəniyyət mərkəzləri, küçələri və konsert məkanları ilə məşhurdur. İstanbula getməzdən əvvəl Atatürk Mədəniyyət Mərkəzi (AKM) və Santral İstanbul kimi müasir incəsənət mərkəzlərinin iyun təqvimlərini yoxlaya və müxtəlif şou və tədbirlər üçün öncədən rezervasiya keçə bilərsiniz. Pera Muzeyi, Atlas Film Muzeyi və İstanbul Modern kimi muzeyləri ziyarət edərək müasir incəsənətin nəbzini hiss edə bilərsiniz.

Kəşf edən hər kəsi təəccübləndirəcək yemək mədəniyyəti

Usta aşpazın süfrəsindəki ən sadə, lakin ən dadlı yeməklərdən tutmuş İstanbul hər qurman üçün əsl möcüzədir. Bu xüsusiyyət İstanbulu dünyanın ən yaxşı turistik şəhərlərindən birinə çevirir. İstanbulun əsrlər boyu ev sahibliyi etdiyi fərqli mədəniyyətlərin formalaşdırdığı xüsusi türk mətbəxi bu şəhəri ziyarət etməyin əsas səbəblərindən biridir.

Əsl alış-veriş zövqü

İstanbul tarixi bazarları, dəbdəbəli butikləri və dizayner mağazaları ilə ziyarətçilərinə zəngin alış-veriş təcrübəsi təqdim edir. Kapalıçarşı və Mısır Çarşısı kimi tarixi alış-veriş komplekslərini ziyarət edərək şəhərin qədim ab-havasını yaşaya, orijinal əl istehsalı xalçalar, çini plitələr və ənənəvi əl işləri kimi suvenirlər ala bilərsiniz. Taksim və Nişantaşıda isə dünya şöhrətli dizaynerlərin bənzərsiz əsərlərini əldə edə bilərsiniz. (azadmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top