“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu olub

İDMAN 30 may 2023, 23:25
“Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb.

“Report”un məlumatına görə, İstanbul təmsilçisi Super Liqanın XXXVI turunda “Ankaragücü” üzərində səfər qələbəsi (4:1) qazanaraq, 2022/2023 mövsümünün qızıl medallarını təmin edib.

Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.

Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.

Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top