Ticarət mərkəzində yanğın — FOTO

REGİON 25 may 2023, 22:44
Türkiyədə ticarət mərkəzində yanğın baş verib.

Demokrat.az
xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Günorta saatlarında naməlum səbəbdən ticarət mərkəzi yanmağa başlayıb.

Alov dəqiqələr içərisində hər yeri bürüyüb və insanlar təxliyə edilib.

Hadisə yerinə dərhal yanğın söndürmə və xilasetmə qrupları gəlib.

Rəsmilər bildirib ki, artıq yanğın söndürülüb və heç bir həyati itki yaşanmayıb.

Yanğının baş vermə səbəbi araşdırılır.



Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top