Xəzər dənizini qanunsuz hasarlayan məmur kimdir? — VİDEO

HADİSƏ 25 may 2023, 18:10
Gecə saatlarında Bakının Buzovna qəsəbəsi ərazisində dəniz sahili ərazilər qanunsuz şəkildə zəbt edilib. 

Bu barədə Demokrat.az-a yerli sakinlər məlumat verib.

Sakinlər iddia edir ki, sözügedən ərazidə yüksək vəzifəli məmur tərəfindən hasar çəkdirilir.

Hələlik adı açıqlanmayan məmur tərəfindən həmin ərazidə ödənişli çimərlik və istirahət mərkəzi qurulur. 

Sakinlər deyir ki, dənizi qanunsuz hasarlayan şəxslər heç kimi saymır:

“Biz dənizi hasarlayan adamlara etiraz etsək də, bizə deyildi ki, heç kimdən qorxmuruq, gedin hara istəyirsinizsə şikayət edin”.

Qeyd edək ki, aidiyyatı qurumlar məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.


Həsən
Demokrat.az


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top