Sahibə Qafarova Serbiyaya səfərə gedib

XARİCİ SİYASƏT 24 may 2023, 21:35
Mayın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Serbiya Respublikasının Belqrad şəhərinə rəsmi səfərə gedib. Sahibə Qafarova səfər çərçivəsində bu ölkənin Prezidenti və Milli Assambleyasının spikeri ilə görüşəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Serbiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Əliabbas Salahzadə və digər rəsmi şəxslər daxildirlər.

Belqrad şəhərinin Nikola Tesla adına hava limanında nümayəndə heyətini Serbiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiyanın Baş naziri ilə görüşü nəzərdə tutulur. Burada nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edəcək, 28 may - Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirə qatılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top