Səfirlik: Ermənistanla Azərbaycanın son səyləri ABŞ-ı ruhlandırır və Lui Bono bunu sürətləndirməyə ümid edir

XARİCİ SİYASƏT 24 may 2023, 18:21
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono mayın 25-dək regionda səfərdə olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, Lui Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır: “O, həm də Ermənistana səfər edəcək. Bu, cənab Bono üçün ABŞ və digərlərinin ev sahibliyi etdiyi son danışıqların inkişafı üçün bir fürsət olacaq. Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri bizi ruhlandırır və cənab Bono bunu sürətləndirməyə ümid edir. Cənab Bono ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq”.

Qeyd edək ki, Lui Bono bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top