Arvadına xəsarət yetirən kişi cəzalandırıldı

HADİSƏ 23 may 2023, 13:18
Bakının Sabunçu rayonunda 1983-cü il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib  - red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 8-də, gecə saat 01 radələrində baş verib. 

Aydın yaşadığı evin yataq otağında olarkən arvadı Sevili evdən gecə vaxtı çıxarmaq istəməsi səbəbindən ailə-məişət zəminində mübahisə edib. 
Mübahisə zamanı arvadını döyərək ona xəsarətlər yetirib. 

Hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2010-cu ildə Sevil ilə rəsmi olaraq ailə qurub: 

“Ailəli olduğumuz dövürdə bir oğlan övladımız dünyaya gəldi. Martın 8-də, saat 01 radələrində işdən evə gəldim. Az yaşlı uşağıma hədiyyə almışdım. Həyat yoldaşıma bildirdim ki, uşağı çağır, ona hədiyyə verim. Sevil mənə  kobud cavab verdi. 

Bildirdi ki, uşaqla işin olmasın, uşaq yatır. Buna əsəbləşdim və həyat yoldaşımla söz mübahisəsi etdim. Sevin mənə kobud cavab verdiyi üçün onu sakitləşdirmək məqsədi ilə sifətindən bir dəfə şillə ilə vurdum. Daha sonra sinəsindən əlim ilə vuraraq kənara itələdim. Sonra belindən bir dəfə yumruqla zərbə vurdum”. 

Cinayət işi üzrə zərərçəkmiş qismində dindirilən Sevilin sözlərinə görə, hazırda Aydınla boşanma ərəfəsindədirlər: 

“Aydın mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlib və evdə mübahisə yaradırdı. Martın 8-də, saat 01 radələrində Aydın yenədə evə sərxoş vəziyyətdə gəldi. Mənimlə yataq otağında mübahisə etdi. Məni məcbur etdi ki, evdən gedim. Ona bildirdim ki, gecə vaxtı uşaqla hara gedim? Bu vaxtı Aydın əsəbləşdi və mənim sifətimdən bir dəfə şillə ilə vurdu. Sinəmdən əli ilə bir dəfə zərbə vurduqdan sonra kürəyimdən bir yumruq zərbəsi vurdu”. 

Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aydın 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top