Mikayıl Cabbarov: "Biz bərpaolunan enerjini ixrac edən ölkəyə çevrilirik"

SƏNAYE VƏ ENERGETİKA 22 may 2023, 16:53
Azərbaycan ölkə iqtisadiyyatının və eksportunun diversifikasiyası üzərində işləyir və hesab edirəm ki, burada nəticələr var.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, son dörd ildə qeyri-neft və qaz sektorundan gələn gəlirin həcmi iki dəfə artıb.

“Hesab edirəm ki, Litva və Azərbaycan arasında investisiya ilə bağlı hüquqi çərçivələrin olduğunu vurğulamaq vacibdir ki, bura investisiyaların qorunması ilə bağlı razılaşma, ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı saziş və s. daxildir. Azərbaycan üçün prioritet sahələr sənaye, nəqliyyat, enerji keçididir. Azərbaycan ənənəvi olaraq neft və qaz ixrac etsə də biz bərpaolunan enerji üzərində də işləyirik və artıq ixrac edən ölkəyə çevrilirik”, - deyə M.Cabbarov əlavə edib.

Nazir Azərbaycanın strateji coğrafi mövqeyinə də diqqət çəkərək vurğulayıb ki, son 20 ildə nəqliyyat infrastrukturunun inkişafına böyük investisiya qoyulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top