Bakıda magistral yolda sürücü əyləcə basaraq qəza şəraiti yaratdı — VİDEO

HADİSƏ 21 may 2023, 18:59
Bakıda sürücü sürətli yolda avtoxuliqanlıq edib.

Bu barədə görüntülər Oxu.Az redaksiyasına göndərilib.

Belə ki, hadisə Dərnəgül şossesində baş verib.

Görüntülərdən məlum olur ki, 10-LK-070 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil magistral yolda qəsdən əyləcə basaraq qəza şəraiti yaradıb.

“Avtomobilimdə azyaşlı uşaqlar və ailə üzvlərim var idi. Qarşıda hərəkət edən avtomobilə mənə yol verməsi üçün işarə verdim, daha sonra sürücü qəsdən əyləcə basaraq qəza şəraiti yaratdı”, - deyə məlumatda qeyd olunub.

Həmin görüntüləri təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top