Yunanıstanda parlament seçkiləri keçirilir

DÜNYA 21 may 2023, 12:12
Yunanıstanda parlament seçkiləri keçirilir.

Demokrat.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 08:00-dan 20:00-dək) açıq olacaqlar.

Yunanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir. Üstəlik, Yunanıstanda 16 yaşdan etibarən səs vermək mümkündür. Bunun üçün seçki ilin vətəndaşın 17 yaşı tamam olmalıdır.

Yunanıstanda səsvermə proseduru da qeyri-adili ilə fərqlənir. Belə ki, hər seçiciyə seçkilərdə iştirak edən partiya və koalisiyaların sayına uyğun 36 bülleten veriləcək. Başqa bir bülleten boş olacaq: o, vətəndaşın partiyalardan heç birini dəstəkləmək niyyətində olmadığı halda istifadə olunur. Seçici öz seçimlərinə əsasən müvafiq seçki bülletenini (partiyasının namizədinin adı yazılmış) zərfə qoymalı və yalnız bundan sonra onu seçki qutusuna atmalıdır. Seçiciyə verilmiş bütün qalan bülletenlər isə utilizasiya edilməlidir.

Seçkidə qələbə uğrunda hakim sağ mərkəzçi Yeni Demokratiya Partiyası ilə müxalifətdə olan SİRİZA – Proqressiv Alyansın yarışacağı gözlənilir.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top