Zaxarova Tbilisidə Rusiyaya etiraz edənləri sifariş yerinə yetirməkdə ittiham edib

REGİON 20 may 2023, 16:00
"Əgər siz kiminsə ödədiyi sifarişi deyil, öz xalqınızı təmsil edirsinizsə, eyni vaxtda iki ölkədə yaşayan vətəndaşların və ailələrin sayını nəzərə alsaq, birbaşa uçuşun əleyhinə ola bilməzsiniz".

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanla hava əlaqəsi və bəzi siyasətçilərin Tbilisidəki reaksiyası ilə bağlı teleqram kanalında yazıb.

“Deməli, siz heç vaxt körpələri olan, ağır xəstə və problem içindəki insanlara evə qayıtmağa kömək etməmisiniz. Deməli, siz anasının cənazəsini Tbilisidə dəfn etmək üçün aparmalı olan telefonda ağlayan yetkin kişi səsi eşitməmisiniz. Deməli, övladının Gürcüstanda qohumları ilə görüşməsi üçün bilet pulu yığan ata ilə heç danışmamısız.

Deməli, siz heç vaxt xərçəng xəstələrinə dərman çatdırmağa kömək etməmisiniz.

İnanın, heç olmasa bir dəfə indi qışqıran kiminsə başına belə bir şey gəlsəydi, indi bu dəlixanada iştirak etməyə utanardı.

Bu hekayə siyasi mövqenin yox, sözdə maraqlandığınız insanlara sevginin olub-olmamasının göstəricisidir",- deyə Zaxarova yazıb.//APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top