Qubada ata və oğul döyüldü

HADİSƏ 18 may 2023, 13:24
Quba rayonunda 1996-cı il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində həmkəndlisi Araz və onun atası İmrana xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 3-də Quba rayonunun Çubuqlu kəndində baş verib. 

İş üzrə izahat verən Cavad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mayın 3-də, saat 21 radələrində sərxoş vəziyyətdə Arazın işlətdiyi mağazaya yaxınlaşaraq pivə istəyib: 

“Araz pivənin pulunu əvvəldən istədi. Pulu verdikdən sonra pivəni verəcəyini bildirdi. Buna görə də aramızda mübahisə baş verdi. Həmin vaxt Arazın atası İmran bizə yaxınlaşdı. Mən isə əsəbi və sərxoş olduğuma görə həm Arazı, həm də İmranı yumruqla vurdum”.

Cavadın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ititham verilib. 

Quba rayon Məhkəməsinin qərarı ilə Cavad 19 gün müddətə inzibati qaydada həbs edilib. Onun cəzasının əvvəli mayın 16-dan hesablanması qərara alınıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top