“Berqa” ilə “Xoş əhval” konserti bu dəfə Salyanda!

SOSİAL 18 may 2023, 09:45
“Berqa” markası üçün çayın dadı ilə yanaşı həyata keçirdiyi tədbirlərin insanlara xoş əhval-ruhiyyə və sevinc bəxş etməsi böyük önəm daşıyır. 

Bu məqsədlə marka tərəfindən mütəmadi olaraq “Berqa” ilə “Xoş əhval” adlı silsilə konsertlər həyata keçirilir. Növbəti konsert proqramı 21.05.2023-cü il tarixində Salyan rayonu, “Neptun” marketin qarşısında təşkil ediləcək. Konsertin aparıcısı Kazım Sübhan, ulduz qonaqları isə sevilən müğənnilər Elnur Məmmədov və Amina olacaq.

Qeyd edək ki, konsertə gələn hər kəs “Berqa” çaylarının qonağı olacaq. Hər kəsi “Xoş əhval” konsertinə gələrək hədiyyələrlə dolu yarışmalarda iştirak etməyə dəvət edirik.

Giriş ÖDƏNİŞSİZDİR!

Konsert proqramları haqqında ətraflı məlumat almaq üçün “Berqa”nı sosial media hesablarından izləyə bilərsiniz.

Gəlin, birlikdə “Xoş əhval”ımız olsun!

“Berqa əhvalınızı dəyişdirəcək”!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top