Bu ölkədə 100-dən çox məktəbdə bomba təhlükəsi XƏBƏRDARLIĞI

DÜNYA 17 may 2023, 19:45
Serbiyanın paytaxtı Belqradda 78 ibtidai məktəb və 37 liseydə bomba olması ilə bağlı xəbərdarlıq edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, Serbiya Daxili İşlər Nazirliyinə 78 ibtidai məktəb və 37 lisey tərəfindən bomba təhlükəsi ilə bağlı mesajlar göndərilib.

Nazirlik tərəfindən təhsil ocaqlarının hər birinə baxış keçirilib.

Yoxlanışlar zamanı məktəblərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

Məktəblilərin ailələrinə daha ətraflı məlumat veriləcəyi açıqlanıb.

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top