Tural Abbaslı: "Ərdoğan hakimiyyətdən gedərsə, Azərbaycan müttəfiqsiz qala bilər"

GÜNDƏM 15 may 2023, 13:18
"Türkiyə Mərkəzi Seçki Komissiyasının elan etdiyinə məlumatlara görə, artıq ölkə daxilində verilən səslərin 99 faizi hesablanıb və xaricdə verilən səslərin isə 86 faizi hazırda hesablanır. Yəni, burada 49.42 faiz səslə Ərdoğan birincidir və 45 civarında Kılınçdaroğludur. Təbii ki, indi böyük ehtimalla ikinci tur ola bilər.  Amma hər halda mən əvvəlki fikrimdə qalıram ki, R.T Ərdoğanın seçilməsi, AK Partiyanın qalib olması Azərbaycan üçün daha önəmlidir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, regionda güc balansının yenidən dəyişməsi Azərbaycana sərf etməz:

"Çünki o dəyişsə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın və yaxud da İranın, Qərbin təsir imkanları artsa, bu Azərbaycanın maraqlarına cavab verməyəcək. Bizim Qarabağ və sərhəd məsələlərimiz var. Həm bu, həm də geosiyasi baxımdan Ərdoğan hakimiyyətdən gedərsə, Azərbaycan müttəfiqsiz qala bilər".

Partiya sədri əlavə edib ki, Ərdoğanın seçilməsi çox önəmlidir:

"İstər Kılınçdaroğlunun, istərsə də, onların deputatların bəyanatlarına baxanda görürük ki, burada Azərbaycan nəinki qardaş ölkə kimi, heç dost ölkə kimi keçmir. Buna görə də birmənalı olaraq R.T Ərdoğanın qalib gəlməsi Azərbaycanın maraqlarına uyğundur. Digər heç bir namizəd Azərbaycanı bu qədər maraqlandıra bilməz".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top