Latviyada Heydər Əliyevin yubileyinə həsr olunan konfrans keçiriləcək

XARİCİ SİYASƏT 13 may 2023, 11:24
Milli Məclisin deputatı, Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və deputat Asim Mollazadə mayın 14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlarımız burada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfransda iştirak edəcək, səfər çərçivəsində Latviya Seyminin yeni seçilmiş üzvləri və digər dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

Səfər mayın 19-da başa çatacaq.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top