Deputat: “Ermənistan ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək”

GÜNDƏM 11 may 2023, 15:45
Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun 1 hərbçisi şəhid olub, 1-i yaralanıb. 

Demokrat.az
xəbər verir ki, Ermənistanın növbəti təxribatı ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Azxeber.com-a açıqlama verib.
 
Deputat deyib ki, bu Ermənistanın son çırpıntılarıdır: "11 may səhər saatlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atdı. Verilən məlumatlara görə, Ermənistan təxribatın əhatə dairəsini genişləndirmək məqsədilə dron kamikadze və minatanlardan atəş açır. Müzəffər ordumuz düşməni bütün cəhdlərin qarşısını uğurla alaraq ağır cavab atəşi ilə susdurur. Ermənistanın bu təxribata əl atmasının əsasında bir neçə məqsədin dayandığını düşünürəm. Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək addımlarda mühüm irəlliləyiş olunmuşdu. Ermənistan küncə sıxılmış vəziyyətdədir. Onun ərazi iddiaları, o cümlədən Azərbaycanı ittiham edən yalançı çağırışları ABŞ-da qəbul olunmadı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacağına, o cümlədən işğal altında qalan 8 kəndi qaytaracağını bəyan etməyə məcbur edildi. Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması onların havadarlarının ürəyindən olmadı”.

Azər Badamov bildirib ki, Ermənistanın havadarları Cənubi Qafqaz regionunda gərginliyin davam etməsində maraqlıdır:

"Ona görə də razılaşmış danışıqların nəticələrini heçə endirməyə çalışır. 14 mayda Brüsseldə nəzərdə tutulmuş dövlət başçılarının görüşü və Moldovada nəzərdə tutulmuş görüşü mənasız etmək üçün Ermənistanın havadarlarının tapşırığı ilə bu təxribatlara əl atdığını hesab edirəm. Ermənistan bilir ki, ordan-burdan alınmış 5-6 dronla Azərbaycanla döyüşə bilməyəcək. Azərbaycan ordusu düşmənin bütün hücum cəhdlərini anında məhv edir. Amma bu təxribata əl atma cəhdlərin edilməsində Ermənistanın sülh danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları pozmaq məqsədi daşıdığını hesab edirəm. Düşünürəm ki, Ermənistanın bu cəhdləri mənasızdır. Azərbaycanın məqsədi regionda sülh, sabitlik və əməkdaşlığın yaradılmasıdır. Ölkəmiz bunu istəməyən dairələrin arzularını ürəklərində saxlayacaq”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top