Prezident olsam, müharibəni 24 saata həll edəcəm — Tramp

XARİCİ SİYASƏT 11 may 2023, 09:40
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb. 

Demokrat.az
xəbər verir ki, Trampın fikrincə, o, prezident olarsa, münaqişəni 24 saat ərzində həll edəcək.

"Putinlə görüşəcəyəm, Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var və 24 saat ərzində həll olunacaq, bitəcək”, - deyə eks-prezident bildirib.

O, Putinin çox ağıllı olduğunu qeyd edib: “Putin çox ağıllıdır, amma mənim fikrimcə, ciddi səhv etdi. Onun səhvi  işğala başlamaqdır. Mən prezident olsaydım, bunu etməzdim”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top