İranın Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında saxlanılan daha 7 məhbusun ölüm hökmü icra edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, İranın Rəcai Şəhr həbsxanasında zorlama ittihamı ilə saxlanılan 4 məhbus və narkotik cinayətlərinə görə, mühakimə olunan 3 nəfər edam edilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, İranda ilin əvvəlindən bəri ən azı 209 nəfər edam edilib.
Volker Türk qeyd edib ki, bu rəqəmlərin artması BMT-ni narahat edir.
Aysu
Demokrat.az