İçərişəhərdə intihara cəhd edən iş adamı kimdir? — FOTO

HADİSƏ 04 may 2023, 12:54
Mingəçevirdən olan iş adamı Rəşad Şirinov intihara cəhd edib. 

Demokrat.az
xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib. 

"Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü Rəşad Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.

Tikinti şirkəti olan "Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 137 min 850 manat 64 qəpik vergi borcu var. Şirkətin qanunu təmsilçisi, direktoru isə Rəşad Şirinovun qardaşı Şirinov Taleh Əzizalı oğludur. Taleh Şirinovun ölkədən çıxışna "stop" qoyulub.

Qafqazinfo-nun məlumatına görə, Rəşad Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top