Fransalı siyasətçi Azərbaycana görə XİN başçısına ETİRAZ ETDİ

SİYASƏT 03 may 2023, 11:10
Ötən ayın sonunda Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Cənubi Qafqaza səfər edib. İlk səfərini Azərbaycana edən nazir Bakıda keçirdiyi görüşlərdə sülhü dəstəklədiyini bildirsə də, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycanla bağlı əsassız iddialar səsləndirib.  

Nazir heç bir fakt göstərmədən Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edib. Bununla da Fransanın əsassız iddialarla sülh prosesinə töhfə vermədiyi bir daha aydın olub.  

Katrin Kolonnanın ittihamlarına elə Fransadan cavab gecikməyib. Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lamber Modern.az vasitəsiylə nazirə 30 il ərzində işğal və etnik təmizləmə siyasəti aparan tərəfin Ermənistan olduğunu xatırladıb. 

 

“Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.  Fransa tərəflər arasında münaqişəni həll etməyə “can yandırmağa” çalışsa da, yenə uğursuz oldu. Bu səfər demək olar ki, diqqətdən kənarda qaldı. Buna səbəb nazirin həm Bakıda, həm də Ermənistanda fərqli çıxışlarıdır.

Görünən odur ki, Fransa sülh prosesinə töhfə verə bilməyəcək. Artıq deyə bilərik ki, Fransa diplomatiyası öz təsirini tamamilə itirib. Fransalı xanım nazir ilk növbədə Ermənistanın 30 illik işğalına cavab verməli idi. Amma görünür ki, buna heç vaxt rəsmi Fransadan cavab gəlməyəcək. Ona görə də belə çıxışlarla Fransa öz yerini Amerikaya verməli olur. Çünki sülhə töhfə verə bilmir”, - deyə fransalı siyasətçi vurğulayıb.

Qeyd edək ki, Fransa XİN başçısı aprelin 26-28-də Cənubi Qafqazda səfərdə olub. O, səfər zamanı Azərbaycanıa bağlı qərəzli fikirlər səsləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top