Vəsiqəsi evdə qalan sürücü cərimələnə bilərmi? — AÇIQLAMA

SOSİAL 02 may 2023, 18:08
Bəzən olur ki, hansısa sürücü sürücülük vəsiqəsini unudub yola çıxır. Yol polisi onu saxladıqda "sürücülük vəsiqən yoxdur" deyə dərhal cərimə yazmağa çalışır və belə olan təqdirdə də yol polisi ilə sürücü arasında mübahisə yaşanır. Əslində bu düzgündürmü?

Demokrat.az
xəbər verir ki, məsələ ilə bağlı Referans.az-a danışan DYP-nin baş inspektoru Araz Əsgərli bildirib ki, qanunla sürücünün sənədləri onun üzərində olmalıdır, lakin artıq hər şey elektron formada olduğu üçün buna elə də ehtiyac qalmayıb:

“Əslində sürücünün sənədləri onun üstündə olmalıdır. Bu qanun olaraq onaların üzərində olan bir tələbdir. İnzibati xətalar məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idaretməyə görə məsuliyyət var. Eyni zamanda qanunda göstərilir ki, yola çıxan istənilən sürücünün üzərində sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, əgər avtomobil öz adına deyilsə etibarnamə və sığorta vərəqələri mütləq qaydada olmalıdır. Lakin bunu da nəzərə alaq ki, bu qanunun qəbul olunduğu dövrlə indiki eyni deyil. Artıq hər şey elektronlaşdırılıb və yol polisi əməkdaşları da ən son texnologiya ilə təmin olunublar. Onlar artıq sürücünün məlumatlarını öyrənərək vətəndaşın sürücülük vəsiqəsinin olub olmadığını rahatlıqla öyrənə bilərlər. Yol polisi əməkdaşı sürücünü saxlayır və saxlayan kimi sistemə vurub görür ki, bu vətəndaşın sürücülük vəsiqəsi varmı, cəriməsi varmı və digər məlumatlarını  asanlıqla öyrənə bilər. Təbii ki, sürücünün vəsiqəsi, yəni o kağız parçasından ibarət plastikin sürücünün üzərində olmadığı üçün ona cərimə yazmaq düzgün deyil. Əvvəllər bu baş verirdi, hardasa 7-8 il əvvəl, çünki hələ o zamanlar informasiya texnologiyaları belə inkişaf etməmişdi. Lakin günümüzdə belə şikayətlər demək olar ki, bizə daxil olmur. Bunu da qeyd edim ki, qanunvericilik mütamadi olaraq yenilənir və müasir dövrlə tarazlıq yaratmaqa çalışır. Buna görə də irəlidə bu qanunun belə ləğv olunma ehtimalının yüksək olduğunu deyə bilərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top