ANAMA-dan vətəndaşlara MÜRACİƏT

SOSİAL 01 may 2023, 20:26
ANAMA vətəndaşlara müraciət edib.

Qurumun yaydığı məlumatda deyilir:

Son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən:

 Qaydalara riayət etməmək

Təhlükəsiz ərazilərdən kənara çıxmaq

 Xəbərdaredici nişanların tələblərinə riayət etməmək

 Məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər.

Qeyd olunub ki, bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top