Qusarda oğlan ad günündən gələn bacısını döydü

KRİMİNAL 01 may 2023, 16:34
Qusar rayonunda 1988-ci il təvəllüdlü Zamiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zəminində bacısı Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 14-də baş verib. 

Zamiq yaşadığı evin qonaq otağında şillə və yumruq zərbələri ilə bacısının sifət, bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. 

İstuintaq orqanı tərəfindən Zamiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamiq ona elan olunmuş ittiham üzrə özünü özünü təqsirli bilib. 

O bildirib ki, fevralın 14-də bacısı Südabə ondan icazə almadan iş yoldaşının ad gününə gedib və evə gec qayıdıb: 

“Bu səbəbdən də əsəbləşdim və şillə ilə onu vurdum. Həmin vaxt sərxoş vəziyyətdə idim. Mənim atam yoxdur, ona görə bacım getməmişdən əvvəl icazə almalı idi”. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Südabənin sözlərinə görə, fevralın 14-də iş yoldaşının ad gününə gedib və bu barədə nənəsindən icazə alıb: 

“Lakin qorxduğumdan qardaşıma və anama heç nə bildirmədim. Həmin gün ad günündə 1-2 saat iştirak etdim və qayıtmağı düşündüm. Lakin tez qayıda bilmədim. Bu səbəbdən də qayıdandan sonra evdə qardaşımıa aramızda mübahisə yarandı. Bu zaman qardaşım məni döyərək xəsarət yetirdi”. 

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alıb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top