Goranboyda avtomobilləri sel aparıb — FOTO

SOSİAL 30 apr 2023, 16:55
Goranboya güclü yağışdan sonra sel gəlib.

Demokrat.az xəbər verir ki, bu gün saat 16 radələrində rayonun Gürzalar, Borsunlu kəndləri sel suların altında qalıb.

Sel suları səbəbindən kənd yolunda avtomobillərin hərəkəti tamamı ilə dayanıb. Sel Gürzalar kəndində bir neçə avtomobili aparıb, avtomobillərə ziyan dəyib.

Ümumilikdə sel törədiyi ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki bu gün Goranboyun bir neçə kəndlərinə dolu düşüb.//APA





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top