İntizam Komissiyası Vahid Əhmədova görə TOPLANIR

GÜNDƏM 28 apr 2023, 14:28
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək.

Demokrat.az
-ın xəbərinə görə, qapalı iclasa deputat Vahid Əhmədov dəvət olunub.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.

Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top