"Pis nə iş görmüşük ki..." — Şəhid qardaşı nişanlanmasından DANIŞDI

GÜNDƏM 28 apr 2023, 00:16
"Bəli, nişanlanmışıq. Pis nə etmişik ki?"

Bunu News24.az-a açıqlamasında şəhid Elçin Mustafazadənin qardaşı Elvin Mustafazadə deyib: 

"Bizim nişanlanmağımız bu insanları niyə maraqlandırır axı... Kimin nəyinə lazımdır?! Mən heç kimə heç nə açıqlamaq məcburiyyətində deyiləm. Nə istəyirlər, onu da düşünsünlər. Mənim böyüklərim var, öz qərarlarım var. İnsanların sosial şəbəkədə nə yazması məni maraqlandırmır. Nişan şəkillərini də məndən icazəsiz paylaşıblar. Şəhidin evinin yerini bilməyən, ailəsini tanımayan insanlar indi bizi müzakirə edirlər?! Bəli, nişanlanmışıq. Pis nə etmişik ki? Məleykə istədiyi zaman gedib qardaşımın məzarını ziyarət edəcək. İstədiyi zaman onun haqqında danışacaq"
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top