Azərbaycan idmançıları Ermənistana gedir — Müraciət təsdiqləndi

İDMAN 31 mar 2023, 23:30
Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatı təsdiqlənib.

Bunu beynəlxalq dərəcəli hakim Araik Alaverdyan açıqlayıb.

O, “armenpress”ə açıqlamasında bildirib ki, Azərbaycan idmançıların təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Yarışda ölkəmizi 5 atlet təmsil edəcək.

Qeyd edək ki, İrəvandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində baş tutacaq yarış aprelin 15-23-də keçiriləcək. Ermənistanın tarixində ən böyük miqyaslı turnir olan qitə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı qüvvəsini sınayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top