Martın 31-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycan xalqının qanlı faciəsi” mövzusunda tədbir keçirildi.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi. Diqqətə çatdırdı ki, 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə amansız üsullarla məhv edilmiş, günahsız insanlar dəhşətli işgəncələrə məruz qalmışlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
YAP Xətai rayon təşkilatının sədri bildirdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladı. Sənədə əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Fərmandan sonra tariximizin bu qanlı səhifələrinin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu araşdırmalar aparıldı, kitablar müxtəlif dillərə tərcümə edildi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Vüqar Rəhimzadə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının erməni vəhşiliyinin növbəti təzahürü kimi qeyd etdi. Bildirdi ki, bir gecədə Xocalı şəhərində yaşanan faciə ermənilərin nə qədər vəhşi, qaniçən bir millət olduqlarını təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində də dünya erməni vəhşiliklərinin şahidi oldu. Xocalı soyqırımının davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər terror aktlarına dünya gücləri yenə də laqeyd münasibətləri ilə diqqətdə oldular.
YAP Xətai rayon təşkilatının sədri Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin təbliği istiqamətində gördükləri işlərdən geniş bəhs etdi. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə diplomatik Qələbəmizin rolunu xüsusi vurğuladı. Bildirdi ki, bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Bütün şəhidlərimizin, soyqırımı qurbanlarının ruhları şaddır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı 31 Mart soyqırımı gerçəklərindən və bu qanlı faciədən alacağımız dərslərdən bəhs etdi. Alim ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini bildirdi. Vurğuladı kı, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın xalqımızın tarixinə qanlı hərflərlə yazılıb.
M.Qasımlı qeyd etdi ki, 1918-ci ilin martında Bakıda törədilən soyqırımında çoxlu itkilər versə də Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı gecikdirilsə də dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 31 mart tarixi iki dəfə 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü. Eyni zamanda, faciənin ötən il 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu istiqamətdə həm tarix tədqiqatlarında yeni səhifə açdığına, həm milli tarixə marağı artırdığına və həm də vətənpərvərlik hisslərini gücləndirdiyinə görə böyük tarixi əhəmiyyət daşıyır.
Tarixçi alim alacağımız ibrət dərslərindən bəhs edərək bildirdi ki, erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı illər qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır. Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. Necə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə bu formulu bir daha təsdiq etdi.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini, bununla bərabər tarixi saxtalaşdıraraq özlərinə uydurma tarix yazdıqlarını diqqətə çatdırdı. Bildirdi ki, bu gün danışan faktlar və statistik rəqəmlərdir. Ermənilər saxta tarixlə nəyəsə nail ola bilməyəcəklərini bilirdilər. Hər zaman Azərbaycan dövlətinin tarixi həqiqətlərə, faktlara əsaslanan təbliğatı qarşısında aciz duruma düşən ermənilər 44 günlük İkinci Qarabağ müharibəsində diz çökdürüləndə özgə torpaqlarına göz dikməyin nəticəsini gördülər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız tarixi Zəfər ermənilərin və onların havadarlarının illərdir yaratdıqları mifləri darmadağın etdi. Dünya gördü ki, məğlubedilməz, yenilməz, tarixinə, torpaqlarına sahib çıxan xalq Azərbaycan xalqıdır. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə gücünü, qüdrətini dünyaya çatdırdı.
Rafiq İsayev faciələrimizi unutmamağa, məktəblərdə şagirdlərin vətənpərvərlik, milli ruhda böyümələri, tariximizi daha dərindən bilmələri üçün maarifləndirmə işinin daha da genişləndirilməsinin vacibliyini bildirdi.
AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycan xalqına xas olan xüsusiyyətin – bağışlamağın bəzən yaratdığı problemlərdən bəhs etdi. Qeyd etdi ki, unutqan olmamalı, ermənilərin tarixən başımıza gətirdikləri faciələri indiki və gələcək nəsillərə çatdırmalıyıq.
Akademik 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün bir çağırış olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin bununla bağlı 26 mart 1998-ci il tarixli Fərmanında qarşıdakı dövrdə görüləcək işlər ehtiva edilir. Ümummilli Liderin ziyalılarla ilk görüşündə də əsas çağırış bu oldu ki, tarixin saxtalaşdırılmasına yol verməməliyik. Eyni çağırış dövlət başçısı İlham Əliyevin çıxışlarının əsas mahiyyətini təşkil edir. Faciələrimizi unutmamalıyıq. 138 saylı məktəbin direktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin və bu xəttin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində qazanılan uğurlardan və onların zirvəsində dayanan tarixi Zəfərimizdən bəhs etdi. Bildirdi ki, artıq hədəf Qərbi Azərbaycana qayıtmaqdır.
Şəhid, polkovnik-leytenant Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov və şəhid, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirdilər ki, artıq şəhidlərimizin, soyqırımı qurbanlarının ruhları şaddır. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan Bayrağı dalğalanır.