“Azəriqaz”ın işdən kənarlaşdırılmış əməkdaşı həbs edildi

HADİSƏ 31 mar 2023, 12:30
“Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin işçisi Məmmədov İlkin həbs olunub.

Demokrat.az
xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bu gün keçirilən "Açıq qapı" aksiyasında qurumun mətbuat katibi Eldəniz Vəliyev məlumat verib.

O bildirib ki, İlkin Məmmədov əmək müqaviləsi üzrə tapşırılan işləri yerinə yetirməməsi, eyni zamanda polis əməkdaşlarına zorakılıq tətbiq etməsinə görə həbs edilib:

"Məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Daha ətraflı məlumat vermək üçün məhkəmə qətnaməsini gözləyirik. Ən son məlumata görə, əməkdaşın qanında psixotrop maddə "narkotik" aşkarlanıb".

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top