Şirvanda oğlan evə gecə gələn sevgilisini döydü

KRİMİNAL 31 mar 2023, 10:22
Şirvan şəhərində 1998-ci il təvəllüdlü Sərxan qeyri rəsmi münasibətdə olduğu sevgilisi Aygünü (adlar şərti verilib – red.) döyüb. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Sərxanın barəsində İnizabti Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə iş qaldırılıb. 

İş üzrə izahat verın Sərxan bildirib ki, Aygün adlı şəxsi 5 aydır ki, tanıyıb: “Onunla münasibətlərimiz normal olub. Aramızda ədavət və dava-dalaş olmayıb. Aygündən uzun müddətdir ki, xoşu gəlib, onunla evlənmək istəmişəm”. 

Sərxan qeyd edib ki, Aygün son 4 aya yaxındır onun evində qalıb: “Mənimlə qeyri-rəsmi münasibətdə olub. Bəzi vaxtlarda Aygün ilə aramızda söz-söhbətlər olub. Sonuncu dəfə fevralın 11-də Aygünü işlədiyi mağazadan götürməyə getdim. Aygün mənə rəfiqəsinin yanına gedərək qayıdacağını dedi. Onun gecə saatlarında evə qayıtmasından əsəbləşdim. Onunla mübahisə etdim. Mübahisə zamanı Aygünün üz nahiyəsinə 2 şillə vurmdum”.
İş üzrə zərərçəkmiş Aygünün sözlərinə görə, Sərxan ilə heç bir yaxın münasibəti olmayıb: “Sərxanın evində kirayəçi kimi qalmışam. Bəzi vaxtlarda Sərxan ilə aramızda söz-söhbət yaranıb. Qaldığımız ev iki otaqdan ibarət olub. Biz ayrı-ayrı otaqlarda qalmışıq. Sonuncu dəfə evdə olan zaman Sərxan mənə evə gec gəlməyimi irad bildirdi. Buna görə aramızda mübahisə yarandı. Daha sonra Sərxan üz və baş nahiyəmdən yumruq, şillə ilə vurdu”.

Bu işə Şirvan şəhər Məhkəməsində baxılıb. 
Məhkəmənin qərarı ilə Sərxan 16 gün müddətinə həbs edilib. 

İnzibati həbsdə saxlamanın əvvəli 27 mart 2023-cü il tarixdən hesablanması qərara alınıb. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top