Əli İnsanov partiya liderlərini birləşməyə çağırıb —"Ölkəmizə kənar təhdidlər var"

SİYASƏT 29 mar 2023, 20:56
“Haqq və Ədalət Partiyası hər zaman siyasi qüvvələrin əməkdaşlığının, konsolidasiyasının tərəfdarı olub və bu gün də bu istiqamətdə lazım addımlar atır”.

Demokrat.az xəbər verir ki, bu barədə Haqq və Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli bildirib.

Onun sözlərinə görə, indi siyasi qüvvələrin birliyinə daha çox ehtiyac var: “Artıq siyasi qüvvələr fərqindədir ki, ölkəmizə kənar təhdidlər, təhlükələr var. Belə bir vaxtda cəmiyyət və siyasi qüvvələr birlik olmalıdır. Biz bununla bağlı müzakirələr aparır, liderlərlə söhbətlər edir və birliyin zərurət olduğunu deyirik”, – Ali Məclis sədri vurğulayıb.

Zəlimxan Məmmədli onu da qeyd edib ki, bu gün HƏP-in İdarə Heyətinin iclacı keçirilib. Bu iclasda da əsas müzakirə mövzuları ölkədəki ictimai-siyasi vəziyyət və siyasi partiyaların konsolidasiyası olub.

Bununla belə, Zəlimxan Məmmədli birləşmə istiqamətində hələ ki, praktik addım atılmadığını deyib: “Doğrudur artıq əksər partiyalar daha sıx əməkdaşlığa, hətta birliyə isti yanaşırlar. Amma hələ ki, konkret belə addım atılmayıb”.//Azpostinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top