Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

DAXİLİ SİYASƏT 29 mar 2023, 20:25
Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq.

Demokrat.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.


Eyni zamanda Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.//APA

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top