Qardaşını bıçaqlayan qatilin məhkəməsi başlayır

KRİMİNAL 29 mar 2023, 09:33
Ağcabədi rayonunda qardaşını bıçaqlamaqda ittiham olunan 1968-ci il təvəllüdlü Ziyad İbişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib. 

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

İttihama görə, Ağcabədi rayonunda sərxoş vəziyyətdə olan Ziyad İbişov qardaşı, 1961 təvəllüdlü Muradxan İbişova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top