Xarkov yenidən raket hücumuna məruz qaldı

DÜNYA 28 mar 2023, 20:39
Rusiya qoşunları Xarkov vilayətinin Bohodukhiv şəhərinə S-300 raketləri ilə hücum edib.

Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Xarkov regional hərbi idarəsinin rəisi Oleh Syniehubov "Telegram"da yazıb.

"Düşmən yenidən Xarkov vilayətində mülki əhalini vurur. Bu gün Bohodukhiv şəhərinə düşmənin iki raketi, ehtimal ki, S-300-lər düşdü", - deyə o qeyd edib.

"Təcili yardım xidməti hadisə yerindədir. İlkin məlumatlara əsasən, tələfat yoxdur. Dağıntının miqyası barədə məlumat dəqiqləşdirilir. Yeni hücumlar mümkündür" - Syniehubov bildirib.

Qeyd edək ki, Xarkov fasiləsiz olaraq, Rusiya tərəfindən raket hücumlarına məruz qalır.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top