Vüqar Səfərlinin əmlakı geri qaytarılır? — Məhkəmənin qərarı bəlli oldu (VİDEO)

HADİSƏ 28 mar 2023, 12:42
Ali Məhkəmə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun həbsdə olan sabiq rəhbəri Vüqar Səfərlinin təqsirsiz olması ilə bağlı bəraət verilməsi barədə və müsadirə edilən əmlaklarının qanunsuz müsadirəsi ilə bağlı kassasiya şikayəti əmlaklar hissəsində təmin edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb. 

Məlumata görə, o, hissədə apellyasiya məhkəməsinin qərarı ləğv edilib, əmlak hissəsində araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilib. 

Bəraət verilməsi ilə bağlı şikayəti isə təmin edilməyib. 

Xatırladaq ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 

O, 2021-ci il yanvarın 14-də həbs olunub.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top